Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə keçiriləcək görüşü Avropa İttifaqı üçün ağrılı zərbə olacaq və Macarıstanın baş naziri Viktor Orbanın ittifaq daxilindəki nüfuzunu daha da gücləndirəcək.
Musavat.com xəbər verir ki, bu fikri Böyük Britaniyanın “The Telegraph” qəzeti irəli sürüb.
“Məkan kimi Macarıstanın seçilməsi, yəqin ki, Aİ-nin üzündəki təbəssümü silib. Blok əsasən Ukrayna üzrə sülh danışıqlarından kənarda qalıb və üstəlik Qəzza üzrə sülh planının hazırlanmasında oynadığı ikinci dərəcəli roldan narahatdır”, - deyə materialda qeyd olunur.
Məqalə müəlliflərinin fikrincə, Avropa diplomatları Orbanın Aİ-nin siyasətini həyata keçirməsinə mane olduğuna görə Macarıstanda hakimiyyət dəyişikliyinə ümid edirlər. Lakin Rusiya və ABŞ liderlərinin Budapeştdəki danışıqları baş nazirin beynəlxalq arenadakı mövqelərini yalnız möhkəmləndirəcək.
Cümə axşamı Tramp Putinlə telefon danışığından sonra yaxın vaxtlarda Macarıstan paytaxtında görüşmək barədə razılığa gəldiklərini bildirib. Daha sonra ABŞ prezidenti görüşün növbəti iki həftə ərzində baş tuta biləcəyini dəqiqləşdirib.
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ