İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu baş versə, müharibə bütün Yaxın Şərqi bürüyə bilər - ŞOK XƏBƏRDARLIQ

“ABŞ hərbi donanmasının hazırda təhlükəsizliyi təmin etdiyini demək doğru olmaz. ABŞ donanması hazırda Fələstin ərazisinə daxil olmayıb. Ümumiyyətlə, müharibə davam edir və orda kənar ölkənin qüvvəsi yoxdur”.

Bunu Musavat.com-a siyasi şərhçi Kənan Rövşənoğlu deyib.

O ki qaldı ABŞ donanmasının Aralıq dənizinə göndərilməsinə, ekspert hesab edir ki, burada əsas məqsəd müharibənin daha da böyüməsinin qarşısını almaqdır:

2017-05-27-11-31-54ken.jpg (27 KB)

“Prezident Bayden və dövlət katibi Blinkenin hazırda Yaxın şərqdə olması, ABŞ hərbi donanmasının Aralıq dənizinin şərq hissəsinə yerləşdirilməsinin əsas məqsədi bu müharibənin daha da böyüməsinin qarşısını almaqdır. Artıq ilkin olaraq Qəzzaya humanitar yardımın daşınması üçün Misir vasitəsilə dəhliz yaradılıb. Güman edirəm ki, ABŞ prezidenti tezliklə atəşkəsin əldə edilməsi üçün İsrail tərəfinə təzyiq edir. Əgər yeni bir təxribat baş verməsə, Vaşinqton atəşkəsin əldə olunmasına nail olacaq. Çünki əks təqdirdə müharibə daha da genişlənər və bütün Yaxın Şərqi bürüyə bilər. Bu isə ən çox ABŞ-ın zərərinədir. Bu səbəbdən Vaşinqton bütün imkanlardan istifadə edərək əməliyyatların məhdud çərçivəyə salınmasına, tez bir zamanda atəşkəsə nail olunmasıan çalışır. ABŞ hərbi qüvvələri Fələstin ərazisinə daxil olarsa, bu dediyim məqsədə xidmət edə bilər. Əksi olarsa, Yaxın şərqdə müharibə alovu daha da böyüyə bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR