İnsanlara hürriyət, millətlərə istiqlal!

Gündəlik saçını düzləşdirən xanımların NƏZƏRİNƏ: Bu xəstəliyi tapa bilərsiz

İsraildə aparılan bir araşdırmaya görə, saçların düzləşdirilməsi üçün istifadə olunan bəzi kosmetik vasitələrin tərkibindəki qlioksil turşusu böyrək çatışmazlığına səbəb ola bilər.

Qlioksil turşusu yalnız saçların uzunmüddətli düzləşdirilməsində deyil, həmçinin saç düzümü üçün nəzərdə tutulan bir çox məhsulda istifadə olunur. Araşdırma çərçivəsində məlum olub ki, bu maddədən istifadə edən 38 qadında böyrək çatışmazlığı aşkarlanıb. Zərər qısa müddətli olsa da, bəzi şəxslər bir neçə həftə dializ müalicəsinə ehtiyac duyub, bir neçəsi isə reanimasiyaya yerləşdirilib. Hadisə baş verənədək onların əksəriyyətində hər hansı sağlamlıq problemi qeydə alınmamışdı.

Əsas simptomlara ürək bulanması, qusma və dəri səpmələri daxildir. Tədqiqatçılar hesab edir ki, bir çox yüngül hal statistikaya daxil edilməyib və bu, problemin əsl miqyasını gizlədə bilər.

Qlioksil turşusunun dəri vasitəsilə orqanizmə keçərək qan dövranına və böyrəklərə təsir etdiyi düşünülür. Bu təhlükəni nəzərə alaraq, İsrail kosmetik məhsullarda bu maddənin istifadəsinə qadağa qoyan ilk ölkə olub./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR