İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan SENSASİON anons: SSRİ-ni bərpa edirik, HAZIR OLUN! – Azərbaycan nə EDƏCƏK?

Rusiya artıq SSRİ-nin bərpası arzusunu rəsmən dilə gətirməyə başlayıb. Xüsusilə də Ukraynada davam edən işğalçılıq müharibəsi fonunda Kremlin SSRİ-nin bərpası ilə bağlı eyhamları kifayət qədər təhlükəlidir…

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putinin müşaviri Anton Kobyakov SSRİ-nin hələ də mövcud olduğunu və onun dağıdılmasının hüquqi əsasının olmadığını deyib.

Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında deyib ki, Sovet İttifaqı dağılanda “hüquqi prosedur pozulub, yəni SSRİ hələ də mövcuddur”.

Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin “daxili proses” olduğunu söyləməyə imkan verir. Kobyakov qeyd edib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb, ona görə də yalnız həmin qurumun qərarı ilə ləğv edilə bilərdi.

Bundan əlavə, o, SSRİ-yə aid respublikaların Ali Sovetlərinin SSRİ-nin mövcudluğuna son qoyan Belovej sazişini ratifikasiya etmək səlahiyyətinə malik olmadığını da iddia edib: "Əgər hüquqi prosedur pozulubsa, onda belə çıxır ki, qanuni olaraq SSRİ mövcuddur. Bunu konstitusiya hüququ ekspertləri deyir. Amma SSRİ dağılmayıbsa, məntiqlə, hüquqi nöqteyi-nəzərdən belə çıxır ki, Ukrayna böhranı daxili prosesdir".

Kobyakov əlavə edib ki, “SSRİ-nin dağılmasına konstitusiya hüququ mütəxəssisləri hüquqi qiymət verməlidir”. Və guya belə bir qiymətləndirmə, "bugünkü hadisələri anlamağa kömək edəcək".

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Əlimusa İbrahimovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR