Onlayn ictimai-siyasi qəzet
İşğaldan azad edilmiş Hadrutda məscidin inşası tamamlanmaq üzrədir.
Musavat.com-un Hadruta ezam olunmuş əməkdaşı məsciddən eksklüziv kadrlar lentə alıb.
Məscid iki mərtəbəlidir və eyni anda 300-dən çox insanın ibadət etməsi üçün nəzərdə tutulub.
Məscidin 1-ci mərtəbəsi kişilər, 2-ci mərtəbəsi isə qadınlar üçün ayrılıb.
Məscid binasında köməkçi və dəstəmaz otaqları, imam otağı, icma zalı, işçilərin otağı və yataqxana otaqları nəzərdə tutulub.
Nigar HƏSƏNLİ,
Musavat.com
18 Iyul 2025
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ