İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Türkiyənin məşhur futbolçusunu sevgilisi öldürdü

Türkiyədə tanınmış sabiq futbolçu, "Yeşilçam" klubunun keçmiş oyunçusu Mehmet Serdar Sulukahya (62) dəhşətli şəkildə qətlə yetirilib.

Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə mayın 21-də gecə saat 23:45 radələrində İstanbulun Beşiktaş bölgəsində yerləşən Mecidiye məhəlləsində baş verib.

Məlumata görə, uzun illərdir Hollandiyada yaşayan Sulukahya bir müddət əvvəl İstanbula qayıdaraq şəxsi evində qalmağa başlayıb.

O, həmin gün sosial şəbəkədə tanış olduğu 20 yaşlı universitet tələbəsi Fatma Gülsüm P.-ni evinə dəvət edib. Gecə saatlarında cütlük arasında naməlum səbəbdən mübahisə yaranıb. Dava zamanı Fatma Gülsüm P. mətbəxdən götürdüyü bıçaqla Sulukahyanı ağır yaralayaraq hadisə yerindən qaçıb.

Ağır xəsarət alan Sulukahya sürünərək qonşusundan kömək istəyib. Dərhal əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan sabiq futbolçu bütün tibbi müdaxilələrə baxmayaraq həyatını xilas edə bilməyib.

Beşiktaş Asayiş Büro Komandirliyi və Asayiş Şöbəsinin əməkdaşları hadisə ilə bağlı təcili əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Təhlükəsizlik kameralarının araşdırılması nəticəsində gənc qadının binanı tərk etdikdən sonra taksi ilə ərazidən uzaqlaşdığı müəyyən edilib. Qısa müddət sonra Fatma Gülsüm P. hadisə aləti olan bıçaqla birlikdə saxlanılıb.

İlkin dindirilmə zamanı şübhəli qadın Sulukahyanın ona cinsi təcavüz etdiyini və özünü müdafiə etmək üçün bıçağa əl atdığını iddia edib.

Hazırda istintaq davam edir. Saxlanılan Fatma Gülsüm P.-nin ifadəsi alındıqdan sonra ədliyyəyə təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR