Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın Kaşkədərya vilayətinin məhkəməsi qadağan olunmuş “Cihad” dini qruplaşmasında birləşən 8 nəfərə hökm oxuyub. Onlara 6 ildən 10,5 ilə qədər həbs cəzası verilib.
Musavat.com xəbər verir ki, bu barədə Özbəkistanın xəbər agentliyi məlumat yayıb.
Qrupun kimliyi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və polis tərəfindən müəyyən edilib. İstintaqın məlumatına görə, iştirakçılar gizli mənzillərdə görüşüb, “xilafət” yaratmaq ideyalarını müzakirə edib və radikal fikirlər səsləndiriblər.
Qrupun təşkilatçısının əvvəllər məhkum olunmuş Qarşi rayon sakini olduğu üzə çıxıb. O, assosiasiyanı 1977-ci ildə yaradıb. Buraya onun yeddi tərəfdarı daxil olub. Onlardan bəziləri əvvəllər də məsuliyyətə cəlb olunublar.
İstintaqın məlumatına görə, qrup beynəlxalq terror təşkilatlarından aldığı cihada çağırış materiallarını sosial şəbəkələrdə aktiv şəkildə yayıb. Bütün bunlar yeni iştirakçılar cəlb etmək üçün edilib.
DTK xatırladıb ki, 2004-cü ildə Daşkənddə İsrail və ABŞ səfirlikləri yaxınlığında, həmçinin Baş Prokurorluğun binası yaxınlığında üç terror aktı törədilib. İki mühafizəçi həlak olub, daha 9 nəfər yaralanıb. Hücumlara görə məsuliyyəti qadağan edilmiş “İslami cihad” birliyi terror təşkilatı öz üzərinə götürüb.
Həmçinin “cihadçılar” tərəfindən 2016-cı ildə Almatıda terror aktı törədilib, nəticədə 10 nəfər - səkkiz polis əməkdaşı və iki mülki şəxs həlak olub. Radikal ideyaların tərəfdarı olan hücumçu saxlanılıb. İstintaq zamanı daha 5 nəfər həbs edilib.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ