Onlayn ictimai-siyasi qəzet
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Rusiya enerji resurslarının idxalına tam qadağa qoyulması planına qarşı çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə Orban dövlət radiosuna verdiyi müsahibəsində bildirib. Məlumatı "Reuters" agentliyi yayıb.
Baş nazir qeyd edib ki, Avropa Komissiyasının təklif etdiyi planı – Rusiya qazı və mayeləşdirilmiş təbii qazın (LNG) 2027-ci ilin sonuna qədər mərhələli şəkildə dayandırılmasını – "qəti şəkildə dayandırmaq lazımdır".
Orbanın sözlərinə görə, belə bir qərar Avropa İttifaqı üçün ciddi iqtisadi fəsadlara yol aça bilər və bəzi ölkələrin enerji təhlükəsizliyini risk altına atar. O, Macarıstanın bu məsələdə öz milli maraqlarını qoruyacağını və Brüsselin təzyiqlərinə boyun əyməyəcəyini açıq şəkildə bildirib.
Avropa Komissiyası gələn ay bu planı hüquqi təklif formasında təqdim etməyə hazırlaşır. Əgər qəbul olunarsa, bu, Rusiya ilə enerji əlaqələrinin kəsilməsində ən radikal addım olacaq. Orbanın etirazı isə Aİ daxilində ciddi fikir ayrılıqlarının qalmaqda davam etdiyini göstərir.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ