İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Krımda PARTLAYIŞLAR - Aerodroma hücum edilib, neft bazası YANIR – QİYAM OLACAQ?

Krımın Feodosiya şəhərindəki neft bazası yanır.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, ötən gecə bazaya Ukrayna PUA-larının hücumu qeydə alınıb. Məlumatda deyilir ki, yerli “hakimiyyət” xəbəri təsdiqləyib və “baş nazirin müavini” İqor Mixayliçenko hadisə yerinə gedib. Həmçinin, Krımdakı Saki hərbi aerodromunun ərazisində 7 güclü partlayış baş verib. Aerodromdakı təyyarələr havaya qaldırılıb. Simferopolda və ətraf ərazilərdə də partlayış səsləri eşidilib. Ümumilkdə Krımın bütün ərazisində hava təhlükəsi elan edilib.

Uqledarın itirilməsi səbəbindən Ukraynada hərbi qiyam ola bilər. Bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın müşaviri Oleq Soskin deyib. "Hərbi qiyam olacaq. Hərbçilərin zamanı gəldi", - o bildirib. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 3-də Uqledarın ələ keçirildiyini elan edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR