İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya immiqrasiya və sığınacaq qanunlarına nəzarəti Avropadan almaq istəyir

Böyük Britaniyada immiqrasiya və sığınacaq qanunlarına nəzarəti Avropa İnsan Haqları Məhkəməsindən geri almaq istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Mühafizəkarlar Partiyasının Birminhemdə keçirilən payız konfransında daxili işlər naziri Suella Braverman danışıb. Bildirib ki, icazəsiz ölkəyə gələn insanların sığınacaq istəməsinə icazə verilməməlidir.

Nazir deyib: “Biz xarici məhkəmənin sərhədlərimizin suverenliyinə xələl gətirməsinə icazə verə bilmərik. Bir neçə ay əvvəl Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsi bunu etdi və nəticədə Ruandaya ilk uçuşumuz ləğv edildi. Biz nəzarəti geri almalıyıq". Onun fikirləri partiya tərəfdarları tərəfindən alqışlarla qarşılanıb.

Bu ilin aprel ayında imzalanan müqaviləyə əsasən, Böyük Britaniyaya qeyri-qanuni və ya dəniz yolu ilə gələn bəzi mühacirlərin sığınacaq tələblərinin nəzərdən keçiriləcəyi Ruandaya göndərməsi planlaşdırılırdı.

London rəhbərliyi bu planı həyata keçirmək üçün iyun ayında hərəkətə keçdi, lakin mühacirlərlə dolu təyyarənin Ruandaya qalxması son anda Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə dayandırıldı.

Britaniya hökuməti bu razılaşmanın insan alveri ilə məşğul olan dəstələrin qarşısını alacağını iddia etsə də, insan haqları qrupları insanları minlərlə kilometr uzaqlıqda, yaşamaq istəmədikləri ölkəyə göndərməyin qeyri-praktik və qeyri-insani olduğunu bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR