İnsanlara hürriyət, millətlərə istiqlal!

"Böyük Qayıdış"a ürəkli dəstək - Səhiyyə Nazirliyi Xankəndidə ikigünlük müayinə aksiyası keçirdi

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Xankəndi şəhərində baş tutub. Belə ki, Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Xankəndi sakinləri üçün ikigünlük kardioloji müayinələr təşkil edilib.

A man in an orange shirt engages in conversation with a woman in a white coat, seated at a table in a bright room.

Tədbirin əsas məqsədi vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.
ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub.

Ümumilikdə, ikigünlük kardioloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

a couple of men sitting at a table with a crowd watching
a group of people in a room

Tədbirin davamı olaraq ETKİ tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib. İnstitutun direktoru Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış edərək, müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.

Aksiya zamanı ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə Qarabağ Universitetinin tələbələri üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar nümayiş olunub. Eyni zamanda, tədbir çərçivəsində arzu edənlərin boy və çəkisi, arterial təzyiqi və nəbzi ölçülüb.

a man holding another man's shirt
A doctor is seated at a desk, reviewing documents, while three colleagues stand nearby, engaged in conversation.
a man sitting at a table

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR