Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Sputnik Ermənistanın məlumatına görə, Azərbaycan tərəfinə məxsus iri bir qoyun sürüsü Zod kəndi istiqamətində Ermənistan ərazisinə keçib. Yerli sakinlərin sözlərinə görə, söhbət “bütöv bir sürüdən” gedib.
Qeyd edək ki, bu kimi hallar əvvəllər də sərhəddə gərginlik yaradıb və heyvanların geri qaytarılması zamanı tərəflərin silah tətbiq etdiyi anlar müşahidə olunub. Sözügedən bölgədə hələ də delimitasiya prosesi aparılmayıb və Zod ərazisi 1980-ci illərin sonundakı ilk Ermənistan–Azərbaycan münaqişəsindən bəri mübahisəli sayılır.
Hadisə ilə bağlı rəsmi İrəvan hələlik açıqlama verməyib. Bununla belə, Sputnik Ermənistanın son xəbərinə əsasən, Ermənistan tərəfi Azərbaycan sürüsünü bütövlükdə geri qaytarıb.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan artıq Azərbaycanın yaratdığı yeni reallıqlara qarşı çıxmağa cəsarət etmir. Bir vaxtlar işğalçı və yağmaçı siyasəti ilə tanınan Ermənistan indi Azərbaycanın sərhədlərini keçən heyvan sürülərini belə bütövlükdə geri qaytarmağa məcbur olur. Bu, Azərbaycanın bölgədə formalaşdırdığı gücün və mövcud status-kvonun nəticəsidir.
Azərbaycan bu prosesi pozitiv bir hal kimi dəyərləndirir. Çünki artıq Ermənistanın əvvəlki aqressiv mövqeyindən əsər-əlamət qalmayıb. Əksinə, Azərbaycan tərəfinə məxsus sürülərin belə toxunulmazlığı təmin olunur. Bu isə bir daha göstərir ki, regionda qaydaları diktə edən tərəf Azərbaycandır və Ermənistan bu gerçəkliklə barışmağa məhkumdur.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ