İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrell AÇIQLADI: “Azərbaycana qarşı sanksiyalar...”

“2022-ci ilin dekabr ayının əvvəlindən Avropa İttifaqı Laçın dəhlizi və ətrafında baş verən hadisələri, onların humanitar nəticələrini diqqətlə izləyir. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell hər iki tərəfin xarici işlər nazirləri ilə daimi təmasdadır. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə danışıqlar aparır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin Avropa Parlamentinin deputatı Asita Kankonun Laçın dəhlizinin bağlanması ilə bağlı rəsmi müraciətinə verdiyi cavabda deyilir.

“Aİ öz yurisdiksiyası çərçivəsində Azərbaycanı 9 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə uyğun olaraq dəhliz boyunca hərəkət azadlığı və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb”, - deyə cavabda bildirilir.

Cozef Borrell xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş razılaşma çərçivəsində Aİ-nin missiyası iki ay müddətinə Ermənistana göndərilib və bu missiya dekabrın 19-da fəaliyyətini başa çatdırıb. O, həmçinin Aİ-nin yeni monitorinq missiyasının yerləşdirildiyini vurğulayıb. Borrell Azərbaycan hakimiyyətinə qarşı müvəqqəti tədbirlərin tətbiqi məsələsinə də toxunub.

“Sanksiyalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün alətlərindən sadəcə biridir. Lakin hazırda bu, gözdən keçirilimir. Aİ-nin səyləri Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə həll yollarının tapılmasına yönəlib və hər iki ölkənin liderləri buna sadiqliklərini ifadə ediblər”, - deyə Cozef Borrell əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR