İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin nümayəndəsi Azərbaycana təşəkkür etdi

Ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycan hökumətinə təşəkkür edib.

Musavat.com xəbər verir ki, o, təşəkkürünü oktyabrın 5-də Ağdamda Prezident İlham Əliyevin qəbulunda olarkən ifadə edib.

Belə ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırıb.

O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR