İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib

Sentyabrın 23-də İsrailin hücuma başlamasından bəri 200 mindən çox Suriya və Livan vətəndaşı Suriyaya gedib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi sosial şəbəkədə yazıb.

“İsrailin bombardmanları nəticəsində 200 mindən çox Suriya və Livan vətəndaşı Suriya ilə sərhədi keçərək Livanı tərk edib”, - o qeyd edib.

Livan hökumətinin son məlumatlarına görə, Beyrutun cənub və şərqindən təxminən 1,2 milyon nəfər qaçqın düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR