İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məyus etdi

Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da qəbul etdiyi qərarla Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib.

“Report” xəbər verir ki, bu barədə məhkəmənin saytı bu gün məlumat yayıb.

Qərarla Ermənistanın Azərbaycana qarşı 22 fevral 2023-cü il tarixli iddiası rədd edilib.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Ədalət Məhkəməsinin 11 iyul 2023-cü il tarixində dərc edilmiş 6 iyul 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi, məhkəmə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR