Onlayn ictimai-siyasi qəzet
Suriya Müdafiə Nazirliyinin tədqiqat mərkəzinə zərbələr endirilib. Bildirilib ki, İsrailin Dəməşqin Barzeh bölgəsinə endirdiyi zərbələr nəticəsində Müdafiə Nazirliyinin tədqiqat mərkəzi tamamilə məhv edilib. “Biz İsrailin 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsini pozaraq, Suriya ərazisinə daxil olmasını və sözügedən ölkənin ərazisində irəliləməsini şiddətlə qınayırıq”. Türkiyə Xarici İşlər Nazirliyi belə bəyanat yayıb. “Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olmaq imkanının ortaya çıxdığı bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir. Biz Suriyanın suverenliyi, siyasi birliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi qətiyyətlə təkrar edirik”, - bəyanatda bildirilib.
“Bəşər Əsədin Suriya Prezidenti postunu tərk etməsi onun şəxsi qərarı olub”. Buni isə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Əsədin gedişindən sonra Yaxın Şərqdəki vəziyyətin təhlili vacibdir. "Qeyri-müəyyənlik dövründən sonra nə olacağını proqnozlaşdırmaq çətindir” - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb. Peskov Əsədin Suriya Prezidenti postundan getməsindən sonra Rusiyanın Yaxın Şərqdə hərbi təsirini itirməsi riskinin olub-olmaması sualına isə belə cavab verib: "Kreml Suriyadakı vəziyyətin necə inkişaf edəcəyini hələ də proqnozlaşdırmaqda çətinlik çəkir, lakin Yaxın Şərq ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik". Qeyd edək ki, İsrail tankları Qolan təpələrində bufer-zonanı keçib və Suriyanın cənubundakı Qatana qəsəbəsi yaxınlığına qədər irəliləyib.
Suriya ilə yanaşı, Ukrayna böhranı da dərinləşməkdədir. Əvvəla, Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində daha bir yaşayış məntəqəsi ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Jeltoye yaşayış məntəqəsi nəzarətə götürülüb. Belə vaxtda isə Ukraynada atəşkəs razılaşması yanvarın 25-də bağlana bilər. Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib. Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən dərhal sonra münaqişənin aktiv fazasını dayandırmağı təklif edə bilər.
Bütün bu mövzuları TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Tərlan Eyvazovla dəyərləndirir.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ