İnsanlara hürriyət, millətlərə istiqlal!

Başına 10 milyon dollar mükafat qoyulan terrorçu müəmmalı şəkildə öldü

Bir neçə hücumda iştirak edən və başına 10 milyon dollar mükafat qoyulan Sənaullah Qafari adlı terrorçu müəmmalı şəkildə dünyasını dəyişib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Qafari Əfqanıstandan Türkiyəyə insan alveri etməkdə də ittiham olunurdu. Bu barədə ilkin məlumatı Pakistan mediası yayıb.

Məlumatda İŞİD-in Pakistan-Əfqanıstan bölgəsində fəaliyyət göstərən qolu olan “İŞİD-H”-nin lideri Qafarinin Əfqanıstanın Kunar əyalətində öldürüldüyü iddia edilir.

Məlumat üçün bildirək ki, təkcə Pakistanda deyil, İran, Özbəkistan, Tacikistan və Əfqanıstanda həyata keçirilən hücumlarda əsas rol oynadığı bildirilən Qafari 2021-ci ildən etibarən dünyada rəsmən terrorçu elan edilib və başına 10 milyon dollar mükafat qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR