İnsanlara hürriyət, millətlərə istiqlal!

Baqdasarov: "Paşinyan Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına səbəb olacaq sənəd hazırlayır

“Əgər Bakı və İrəvanın razılaşdırdığı “Vaşinqton sənədi” varsa, bu, gələcəkdə Rusiya sülhməramlılarının Cənubi Qafqazdan, hərbi bazanın isə Gümrüdən çıxarılması deməkdir”.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu fikir erməni əsili politoloq Semyon Baqdasarov tərəfindən “Vzqlyad” qəzetinə müsahibəsinə səsələnib. Rusiya mətbuatında ABŞ və AB-nin Azərbaycan və Ermənistan üçün tərtib etdiyi saziş barədə məlumatlar yayılıb.

“ABŞ və Avropa Birliyi artıq Azərbaycan-Ermənistan sərhədində iş məsələlərini əlaqələndirirlər. Bu baxımdan, hesab edirəm ki, Rusiyanın Ermənistandan, deməli, Cənubi Qafqazdan tam çıxarılması zamanın, üstəlik, çox qısa zamanın məsələsidir. Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, orada Rusiyanın, hərbi mövcudluğu var. Türkiyənin Rusiyanı qabaqladığı Gürcüstan və Azərbaycandan fərqli olaraq Erənistanda bizim mövqelərimiz güclü idi”, - deyə Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin araşdırılması mərkəzinin direktoru qeyd edib.

Ekspertin fikrincə, əgər Ukraynada müharibə uzanarsa, o zaman yaxın bir-iki ildə Rusiyanın Cənbui Qafqazda mövcudluğu ciddi şəkildə təhlükəyə girəcək. “Nikol Paşinyan amerikalılarla açıq işləyir - bu da çox şey deyir. Eyni zamanda, Moskva bu regionda Ərdoğandan kömək gözləməməlidir: o, da Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqda maraqlıdır”,-deyə o, söyləyib.

Baqdasarovun fikrincə, Mərkəzi Asiyada da buna bənzər bir şey gözləmək olar. “Biz görürük ki, AB və ABŞ bu sahələrdə çox sürətli, qətiyyətli və peşəkarcasına hərəkət edir. Məsələn, bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığının Resurslar və təhlil üzrə direktoru Robert Ungerin başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstan-Tacikistan münaqişəsi zonasına səfər edib. O, həmçinin sərhədin demilitarizasiyası üçün missiyaya başlamağı təklif edir. Bunun özü də Rusiyanın bu regiondan tamamilə çıxarılması deməkdir”, - analitik bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR