İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda vatsap statusuna görə qardaş bacısını bıçaqladı

Bakının Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.

Ş.Əhmədovanın qardaşı bıçaqla qadının kürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Şəhanə Əhmədovanın qardaşı bildirib ki, o, vatsap statusunda (hekayə bölməsi) paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələlik statusun nədən ibarət olduğu bilinmir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR