İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda səhər saatlarında DƏHŞƏT: qadın kişini öldürdü - YENİLƏNİB

İsrafilov Samir Yanvar oğlu ilə Tahirova Ruhiyyə Mürvət qızı qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmışlar.

Musavat.com xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.

***

Mayın 30-da 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR