Onlayn ictimai-siyasi qəzet
Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
Hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı və övladları Ümid və Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.**“Qafqazinfo”
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ