Onlayn ictimai-siyasi qəzet
Vatikanın yaydığı rəsmi məlumata görə, Katolik Kilsəsinin başçısı, Roma yepiskopu Papa Fransisk 88 yaşında vəfat edib.
Musavat.com “Sky News”a istinadla xəbər verir ki, 2013-cü ildə əvvəlki Papa XVI Benediktin istefasından sonra Papa seçilən Fransisk, son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi. Onun pontifikliyi dövründə sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar tez-tez gündəmə gəlirdi.
Qeyd edək ki, bu ilin 14 fevralında Papa Fransisk bronxit müalicəsi üçün xəstəxanaya yerləşdirilmişdi.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ