İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ arasında gərginlik pik həddə- Bu dəfə xəbərdarlıq Pekindən gəldi


ABŞ və Çin arasında iqtisadi münasibətlərdə gərginlik yenidən pik həddə çatır. Bu dəfə xəbərdarlıq Pekindən gəlib.

Musavat.com xəbər verir ki, Çinin Vaşinqtondakı səfiri Se Fen ABŞ-ı proteksionist siyasətə qayıtmaqdan çəkindirməyə çalışıb. O, Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı ABŞ-ın tarixi dərsləri unutmamasını tövsiyə edib və Smoot-Hawley Aktı ilə Böyük Depressiya dövründəki səhvlərin təkrarlanmasının fəsadlarından danışıb.

“Baş ağrısını yalnız başa baxmaqla sağaltmaq mümkün deyil... Özün xəstəykən başqasına dərman yazmaq düzgün deyil. Çin təbabətində effektiv nəticə üçün müxtəlif maddələr vəhdətdə işləyir. Yer kürəsi həm Çin, həm də ABŞ üçün kifayət qədər genişdir. Biz birgə uğura can atmalı, toqquşmalardan qaçmalıyıq,” – deyə diplomat vurğulayıb.

Se Fen həmçinin bildirib ki, Çin ticarət savaşlarının əleyhinədir və ona qarşı gömrük rüsumları tətbiq ediləcəyi halda, hər hansı dövlətə cavab verməkdə tərəddüd etməyəcək.

Bu çıxış ABŞ-Çin münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR