İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən ABŞ-la ona qarşı razılaşmaya gedəcək ölkələrə sərt xəbərdarlıq: Bütün ölkələr qurban olacaq

Qlobal ticarətdə hegemonizm və zorakılıq üstünlük təşkil edərsə, beynəlxalq birliyin bütün üzvləri uduzacaqlar.

Musavat.com xəbər verir ki, bu, Çinin Ticarət Nazirliyinin ABŞ prezidenti Donald Trampın tarif siyasətini şərh edən açıqlamasında yer alıb.

Nazirliyin bəyanatında bildirilir ki, “heç kim birtərəflilik və proteksionizmin nəticələrindən sığortalana bilməz”: “Beynəlxalq ticarət güclülərin zəifləri ovladığı cəngəllik qanunlarına qayıtdıqdan sonra bütün ölkələr qurban olacaq”. Nazirlik Pekinin hər hansı bir ölkənin Çinin maraqlarına xələl gətirən sövdələşmələrə getməsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb, “belə olarsa, Çin bunu heç vaxt qəbul etməyəcək və qətiyyətlə cavab tədbirləri görəcək”: “Pekin birtərəfli zorakılığa birgə cavab vermək və onlara müqavimət göstərmək üçün bütün tərəflərlə həmrəyliyi və koordinasiyanı gücləndirmək istəyir".

Çin hesab edir ki, ABŞ-ın tarif siyasəti məsələsində hamı ədalətin tərəfini tutmalıdır. Nazirlik ayrı-ayrı ölkələrin ABŞ-la razılığa gəlmək planlarının ümidsizliyinə işarə edərək, vurğulayıb ki, "özünün bilavasitə mənfəəti üçün başqalarının maraqları hesabına tariflərdən azad olmağa çalışmaq, pələngi dərisindən imtina etməyə inandırmağa çalışmaq kimidir".

Xatırladaq ki, “The Wall Street Journal” aprelin 15-də mənbələrə istinadən Vaşinqtonun tarifləri aşağı salmaq müqabilində digər ölkələri Çinlə iqtisadi və ticarət əlaqələrini məhdudlaşdırmağa inandırmağa çalışdığını yazıb. Qəzetin yazdığına görə, ABŞ 70 ölkəni Çin şirkətlərinin öz ərazilərində fəaliyyətini dayandırmaq və mallarını onlar vasitəsilə ABŞ-a ixrac etmələrinin qarşısını almağa məcbir edəcəyini gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR