İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli hücum: binanı alova qərq etdi – 1-i özünü atdı, 12 nəfər yaralandı


Cənubi Koreyanın paytaxtı Seulda insanları şoka salan və faciə ilə nəticələnən hadisə baş verib.

Musavat.com xəbər verir ki, naməlum şəxs yaşayış binasına daxil olaraq, orada əvvəlcədən pestisid çiləyicisi əsasında hazırladığı alov püskürdücü ilə yanğın törədib. Hadisə çoxmərtəbəli binanın dördüncü mərtəbəsində baş verib.

Yanğın nəticəsində bir nəfər həyatını itirib – o, alovdan xilas olmaq istəyərkən pəncərədən tullanaraq ölüb. Daha 11 sakin müxtəlif dərəcəli yanıq və xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yanğını törədən şəxs də hadisə zamanı ölüb. Onun meyiti elə yanğının başladığı mərtəbədə tapılıb. Hüquq-mühafizə orqanları bildirir ki, onun üzərindən vəsiyyət və intihar məktubu da aşkar edilib.

Hazırda hadisənin motivləri və təfərrüatları araşdırılır.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR