İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən inanılmaz addım - 6 günlük müharibədə ABŞ esminetsini bombalayıb

Hazırda İsrail və ABŞ arasındakı münasibətlər, demək olar ki, tarixin ən yüksək dövrünü yaşayır. Donald Trampın iqtidara gəlişi İsrailin baş naziri Benyamin Netanyahunun rahat nəfəs almasına səbəb olub. Çünki demokrat Cozef Bayden Qəzza məsələlərdə Tel-Əvivi sıxışdırmağa başlamışdı.

Bu il yanvarın 20-də prezident səlahiyyətlərininn icrasına başlayan Tramp İsrailin tərəfini tutmaqla yanaşı, Qəzzada gözəl hotellər tikməyin və bu ərazini turizm cənnətinə çevirməyin tərəfdarı olduğunu bildirib. Yaxın tarixdə baş verənlər göstərir ki, Ağ Evə gələnlər dəyişsə də, İsraillə münasibətlər həmişə yaxşı olub.
Ancaq tarixdə İsrail ordusunun ABŞ gəmisinin batırmaq istəməsi kimi bir fakt da var.

7b8b206a-7bca-480d-9ee8-1aa5f3884f13.jpg (98 KB)

8 iyun 1967-ci ildə belə bir inanılmaz hadisə baş verib. İsrail döyüş təyyarələri və hərbi katerləri ABŞ hərbi dəniz qüvvələrinin gəmisinə hücum edib. 85 dəqiqə ərzində İsrail ordusu var gücü ilə Amerikaya məxsus gəmini batırmağa çalışıb. Halbuki İsrail qonşu ölkələrə hücum edərkən əsas dəstəyini ABŞ-dən alırdı.

5 iyun 1967-ci ildə İsrailin Misir və Suriyaya hücumu ilə “Altı günlük” müharibə başlayıb. Bir günün içində hər iki dövlətin hərbi hava qüvvələrinin texniki bazası sıradan çıxarılıb. Münaqişənin dördüncü günü, iyunun 8-də israillilər ABŞ-nin 6-cı donanmasının tərkibində olan 7,8 min tonluq “Liberty” kəşfiyyat gəmisinə hücum ediblər. Misirin El Ariş şəhərindən 23 mil şimal-qərbdə lövbər salan gəmiyə yerli vaxtla saat 14:00-da İsrailin iki “Mirage III” qırıcısı (identifikasiya nişanları olmadan) tərəfindən idarə olunmayan raketlər atılıb, sonra 30 mm-lik mərmilərlə gəmini vuraraq Amerika bayrağını yerə salıblar. Antenlərin məhv edilməsi gəmini rabitədən məhrum edib.

984ed406-3097-4d1f-a999-c86456150e4e.jpg (243 KB)

İlk zərbələr nəticəsində 8 ekipaj üzvü həlak olub, 75 nəfər yaralanıb. Döyüş təyyarələri kənarlaşmağa vaxt tapmamış, ABŞ hərbçilərinin üzərinə bombalar atan bombardmançı təyyarələr gəlib. Göyərtə və üst tikili yanğına qərq olub. Amerikalılar aktiv şəkildə yanğını söndürməyə çalışıblar. Dənizçilər ehtiyat anten quraşdırıblar və bazaya kömək üçün çağırış ediblər.

Təyyarədaşıyan gəmidən havaya qalxan Amerika təyyarələrinin köməyə gəlməsi cəmi 10-15 dəqiqə çəkə bilərdi, lakin bu baş verməyib. Saat 14:25-də ekipaj ABŞ-nin nəhəng bayrağını qaldıra bilsə də, bu israillilərdə heç bir təəssürat yaratmayıb. Üstəlik, tamaşanın əsas hissəsi başlayıb - “Liberty” istiqamətində beş torpedo buraxan üç gəmi əraziyə gəlib.

Mərmilərdən biri gəminin ortasına dəyib və böyük bir dəlik açıb. Hətta bu zərbədən sonra gəmi hansısa möcüzə nəticəsində suyun üstündə qalıb. Bundan sonra heyətə gəmini tərk etmək əmri verilib, lakin ilk xilasedici qayıqlar işə salınan kimi İsrail gəmiləri onlara pulemyotlardan atəş açıb.

137fe1d4-6aa8-4081-b3ed-045b24ecdfbf.jpg (116 KB)

Dənizçilər anbarlara sığınıblar. Qayıqlar gəminin ətrafında dövrə vurmağa və pulemyotlardan ona atəş açmağa davam ediblər. Daha sonra gəminin gövdəsinə dəyən 4 minə yaxın güllə sayılıb. Saat 15:25-də qayıqlar qəfil atəşi dayandırıb və ərazidən sürətlə uzaqlaşıblar. Yalnız bundan sonra ABŞ helikopterləri yaralıları götürmək üçün gəlib. Nəticədə ABŞ gəmisində olan 290 nəfərdən 34-ü ölüb, 171-is yaralanıb.
Yəhudilərdən anlaşılmaz addım

İsrail ABŞ-dən üzr istəyib, ölənlərin ailələrinə və yaralılara 13 milyon dollar (hazırda 100 milyon dollardan çox) təzminat ödəyib. Rəsmi nümayəndələr səhv olduğunu və Amerika gəmisinin mal-qara daşıyan Misir gəmisi “El Quseir” ilə səhv salındığını bildiriblər. Bununla belə, misirlilərin gəmisinin ağırlığı cəmi 2,6 min ton təşkil edib ki, bu da “Liberty”dən düz üç dəfə kiçikdir.

56cfa98c-f7bd-40e3-bdf4-66d754b49909.jpg (127 KB)

Digər tərəfdən, kəşfiyyat gəmiləri xüsusilə güclü avadanlıqla təchiz edilib. Onun köməyi ilə İsrail və Misir ordularının bütün radio rabitələrini eşitmək mümkün olub. Ehtimal edilir ki, iyunun 7-də İsrail əsgərləri bir neçə yüz misirli məhbusu güllələyib. Təbii ki, “Liberty” bu barədə söhbəti eşidib və məlumatı Vaşinqtona ötürmək istəyib. Odur ki, ABŞ gəmisini zamanında batırmaq daha ağıllı adım hesab olunub.

Digər versiya ABŞ-ı müharibəyə cəlb etmək olub. İsrail Amerika gəmisini batırmaqla cinayəti Misir sualtı qayığının üzərinə atmaq istəyib. Beləliklə, yəhudilər ərəb dünyasındakı əsas düşmənlərini Vaşinqtonun əli ilə məhv etmək istəyib.

4e35a80c-5cbf-46e3-8c2b-3ee77179ee77.jpg (219 KB)

İngilis yazıçısı və BBC jurnalisti Peter Hounam sənədlərə əsaslanaraq yazdığı kitabında bildirib ki, “Liberty”yə hücum Vaşinqton tərəfindən sanksiyalaşdırılıb. Bu, ABŞ-də və bütün dünyada ictimai rəyə təsir etmək üçün diqqətlə planlaşdırılmış təxribat olub. Hadisədən sonra ABŞ hərbi qüvvələrindən istifadə edərək Qahirədə sovetpərəst Nasir rejimini devirərək Misir və Süveyş kanalını ələ keçirəcək, eyni zamanda, İsrailin sərhədləri Nildən Fərat çayına qədər genişlənəcəkdi.

Bu versiya amerikalı kontr-admiral Reyesin naməlum təyyarələrin “Liberty”yə hücum etdiyini öyrənərək köməyə 12 qırıcı göndərməsi ilə ağlabatan hesab edilib. Onlar “Saratoqa” təyyarədaşıyan gəmisindən havaya qalxan kimi, Reyes dərhal ABŞ müdafiə naziri Maknamardan təyyarələri esminetsə qaytarmaq əmri alıb. Bütün hallarda hücumun arxasında reallaşmayan plan dayanıb. Çünki ABŞ hərbi dəniz qüvvələri məhkəməsi İsrail qüvvələrinin Amerika gəmisini atəşə tutduqlarını bilən kimi işi dərhal məxfiləşdirib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR