Onlayn ictimai-siyasi qəzet
Pentaqondan NYT-yə sərt cavab: “Keçmiş işçilərin kinini mənbə kimi istifadə edirlər”
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ətrafında səs-küyə səbəb olan məlumat sızması iddialarına aydınlıq gətirilib.
Musavat.com xəbər verir ki, Pentaqon rəhbərinin nümayəndəsi Parnell, “Signal” messencerində məxfi məlumatların yayılması ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.
Parnellin sözlərinə görə, "The New York Times" və bəzi digər ABŞ mediası “saxta xəbərlər” yaymaqla məşğuldur. O bildirib ki, bu qəzetlər keçmiş işçilərin incikliklərini əsas mənbə kimi istifadə edərək, ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar.
Qeyd edək ki, "The New York Times" bir müddət əvvəl “Signal” platformasında gizli məlumatların yayılması barədə sensasion yazı dərc etmişdi. Məqalədə bu sızmaların keçmiş əməkdaşlar vasitəsilə baş verdiyi iddia olunurdu.
Pentaqonun rəsmi mövqeyi isə bu iddiaların tamamilə əsassız olduğunu ortaya qoyur.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ