Ukrayna siyasətində gərginlik doğuran yeni açıqlama gündəmə bomba kimi düşüb.
Musavat.com xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bəyan edib ki, ABŞ heç vaxt rəsmi Kiyevdən Krımın Rusiya ərazisi kimi tanınmasını tələb etməyib. O, bunu şəxsi "Telegram" kanalında yazaraq, bu barədə yayılan məlumatlara sərt reaksiya verib.
Qonçarenko həmçinin ehtimal edir ki, Vaşinqton yaxın vaxtlarda Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi ilə bağlı ya açıq bəyanat verəcək, ya da bu mövzuda rəsmi sənəd qəbul olunacaq.
Xatırladaq ki, daha öncə "The Wall Street Journal" nəşri Donald Trampın Kiyevdən Krımı Rusiya torpağı kimi tanımasını və NATO-ya daxil olmamaq barədə öhdəlik götürməsini gözlədiyini yazmışdı. Bildirilirdi ki, bu məsələlər London danışıqları zamanı müzakirə olunacaq və əgər tərəflər razılığa gəlsələr, nəticə Kremlə təqdim ediləcək.
Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi isə yaxın günlərdə bəlli olacaq.
ŞƏRHLƏRŞƏRH YAZ