İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qadının qızıl boyunbağısı soyğunçuluq yolu ilə talanıb

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İyulun 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Mansur Əliyev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR