Onlayn ictimai-siyasi qəzet
Bakıda 44 saylı orta məktəbin ərazisində şagirdlərə narkotik maddənin satılması iddia edilib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
İddiaya görə, bir neçə məktəbliyə naməlum şəxs tərəfindən "patı" satılıb.
Məsələ ilə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:
"İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək".
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ