Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu, Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Musavat.com-a verilən xəbərə görə, "Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qəzanın anbaan görüntülərini təqdim edirik:
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ