İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Sumqayıt yolundakı "avtobus zolağı"nda son vəziyyət - VİDEO

Bir neçə gün öncə Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) çəkilən avtobus zolağında maşınlar hərəkət edir.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Zolaq avtobusların hərəkəti üçün nəzərdə tutulsa da digər nəqliyyat vasitələri təəssüflər olsun ki bu təlimatlara məhəl qoymurlar. Üstəlik yolda hərəkət 40 manat cərimələnmə deməkdir. Görünür rəsmi qurumlar hələlik cərimə sisteminin tətbiqinə başlamayıblar.

Qeyd edək ki, yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaratmaq olar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR