İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın quru sərhədi açılır – Xaricə sərnişin qatarı işə düşür

Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.

Musavat.com bildirir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib.

“Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, - mənbə bildirib.

Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.

Bundan əlavə “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır.

“Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb”, - ADY-dən bildirilib.

Xatırladaq ki, martın 18-də Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadılıb.

Belə ki, xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb. Bundan əvvəlki qərara görə, xüsusi karantin rejimi aprelin 1-dək uzadılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR