İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskdan Ağ Evi tərk etməsinə işarə: “Mənim üçün şərəf idi...”

İlon Mask Ağ Evi tərk edə biləcəyi ilə ictimaiyyətə siqnal verib.

Musavat.com xəbər verir ki, tanınmış milyarder və sahibkar prezident Trampın komandasında işlədiyi dövrdən danışaraq emosional çıxış edib.

“Mən sadəcə hər kəsə təşəkkür etmək istədim. Sizinlə işləmək mənim üçün bir şərəf idi. İlk 100 gündə inanılmaz nəticələr əldə olundu. Hər şey üçün təşəkkür edirəm”, – deyə Mask bildirib.

Onun bu sözləri Ağ Evdən mümkün gedişi kimi şərh olunub. Donald Tramp isə cavabında Maskın töhfələrini yüksək qiymətləndirərək, ona komandada qalmaq təklifi verib:

“Bu ölkədə insanların böyük əksəriyyəti sizi həqiqətən qiymətləndirir və sizə hörmət edir – bu zalda olan hər kəs bunu tam əminliklə deyə bilər. Siz əslində böyük kömək göstərmisiniz. Burada nə qədər istəsəniz, qala bilərsiniz.”

Qeyd edək ki, İlon Mask Trampın texnologiya və innovasiya üzrə qeyri-rəsmi müşaviri kimi tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR