İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hakimiyyəti susur: Paşinyan komandasını...

“Vətəndaş Sazişi” Partiyası artıq iki həftədir ki, İdarə Heyətinin iclaslarını keçirmir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu məsələyə yerli “Hraparak” qəzeti diqqət çəkib.

“Adətən İdarə Heyətinin iclasları hər çərşənbə axşamı keçirilir, ardınca isə partiyanın və baş nazirin rəsmi səhifələrində video görüntülər və məlumatlar dərc olunur. Lakin nə ötən həftə, nə də bu həftə bu iclaslara dair heç bir məlumat verilməyib.

Hakim bizə qeyri-rəsmi olaraq bildiriblər ki, iclaslar kvorum problemi səbəbindən keçirilmir – İdarə Heyətinin əksər üzvləri ölkə xaricindədir, guya ezamiyyət adı altında səfərə çıxıblar.

Bununla belə, komanda daxilində bəzi şəxslər istisna etmirlər ki, Paşinyanın hələlik komanda ilə müzakirə edəcəyi konkret bir məsələsi yoxdur. Üstəlik, o, 9 May tarixində nə edəcəyinə hələ qərar verməyib. Qərb onu açıq şəkildə şantaj edir və bəyan edir ki, əgər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirdə iştirak etsə, ona qarşı sanksiyalar tətbiq olunacaq.

Digər tərəfdən isə Rusiya Ermənistana sistemli şəkildə diqqət yetirməyə başlayıb və əgər Paşinyan Moskvaya getməzsə, onu cəzalandıra bilərlər. Rusiya artıq Ermənistanın tədbirdə iştirakını təsdiqləyib, həmçinin qeyd edib ki, parad iştirakçıları sırasında Ermənistan hərbi birliyinin də olmasını gözləyir”, – deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR