Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-may ayları ərzində “Aztelekom” MMC-nin əməkdaşlarına bir sıra təlimlər keçirilib.
Təlimlərin keçirilməsində məqsəd qurumun əsas tərəfdaşı olduğu “Onlayn Azərbaycan” layihəsi üzrə işlərin daha intensiv təşkili və rabitə xətlərinin quraşdırılmasının operativliyini artırmaq, yüksəklikdə işlərin təhlükəsiz icrası, iş yoldaşlarına ilkin peşəkar yardım göstərə bilmək, yanğın təhlükəsizliyinin səviyyəsini və keyfiyyətini artırmaq olub. Təlimlərdə 3000-ə yaxın əməkdaş iştirak edib.
Ümumilikdə əməkdaşlara iş yerlərində 6000 saata yaxın 4 növ təlim keçirilib. Bu da öz növbəsində işçilərin iş yerlərində və sahələrdə işlərinin təhlükəsiz icrasına bilavasitə təsir edir. Belə ki, cari ilin 5 ayı ərzində (ümumilikdə 4 000 000 iş saatı) ciddi xəsarətalma qeydə alınmayıb.
Bundan əlavə, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə (podratçı şirkətlərin işçiləri də daxil olmaqla) 3060 nəfər üç ay ərzində elektrik təhlükəsizliyi üzrə səyyar təlimlərə, 15 nəfər isə “İKT LAB” Tətbiq və Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “SƏTƏMM mühəndislərinin təkmilləşdirilməsi” təliminə cəlb edilib.
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ