İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərlotereya” Dünya Lotereyalar Assosiasiyasına üzv olub - VİDEO

“Azərlotereya” iştirakçıları məsuliyyətli oynamağa dəvət edir

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı - “Azərlotereya” Dünya Lotereya Assosiasiyasına üzv olub. Şirkət, həmçinin iştirakçılarını dünya standartları əsasında hazırlanmış “Məsuliyyətlə oyna!” konsepsiyası ilə tanış olmağa dəvət edir. Bu məqsədlə şirkətin rəsmi saytında “Məsuliyyətlə oyna!” adlı xüsusi bölmə yaradılıb.

 “Azərlotereya” şans oyunları üzrə dünyanın aparıcı təşkilatı sayılan Dünya Lotereya Assosiasiyasına üzv olub. Sözügedən nüfuzlu təşkilat təxminən 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunun qlobal peşəkar birliyidir.

Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan “Azərlotereya”nın fəaliyyəti Dünya Lotereya Assosiasiyasının meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb. Təsadüfü deyil ki, şirkətin ani lotereya biletlərinin hazırlanmasında Dünya Lotereya Assosiasiyasının üzvü olan, qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir.

“Azərlotereya” beynəlxalq təcrübəyə əsaslanaraq şans oyunlarının təşkilində xoş və əyləncəli xidmətlər təqdim edərkən hər zaman “Məsuliyyətlə oyna!” prinsipinə sadiq qalır. Qeyd edək ki, “Məsuliyyətlə oyna!” prinsipləri ilə daha ətraflı “Azərlotereya”nın rəsmi saytından məlumat əldə edə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR