İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın bəzi rayonlarında dolu düşüb, leysan yağıb - VİDEO

Aprelin 30-u saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağan leysan yağış nəticəsində Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar kəndindən sel keçib.

Dolu: saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar və Dəliməmmədli qəsəbəsinə 12-13 mm , Erkəç , Gürzallar, Rus Borisi kəndlərinə, saat 15.38-15.51 radələrində Zaqatala rayonu, Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, Lənkəran rayonuna saat 15.13 radələrində 12 mm olan dolu düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR