İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda teleqramdakı ifşa kanallarının idarəçisi tutuldu - Biz ailəlikcə...

Sabirabad rayonunda 2000-ci il il təvəllüdlü Elcan (adlar şərti verilib - red.) pornoqrafik materialları yaymaqda ittiham olunub.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, Elcan fikrin yalnız qadının və kişinin cinsi-intim zonalarına yönəldilməsi, qarşı tərəfin qıcıqlandırılması və digər bu kimi pornoqrafik xarakterli əlamətlər yer alan videogörüntüləri və şəkilləri 2023-cü ilin fevralın ortalarında Sabirabadda yaşadığı evdə müxtəlif sosial şəbəkələrdən əldə edib.

O, "Teleqram" sosial şəbəkəsində "Seksi Fahişələr", "Gecə klubu", "TikTok fahişləri" adlı kanallar yaradıb və əldə etdiyi pornoqrafik xarakterli videogörüntüləri, şəkilləri həmin kanallarda yayıb.

Elcan gəlir əldə etmək məqsədilə pornoqrafik materiallar hazırlayıb, 2023-cü ilin fevralın ortalarından aprelin ortalarınadək sözügedən kanallarda həmin pornoqrafik xarakterli videogörüntü və şəkilləri geniş izləyici kütləsinə nümayiş etdirib. O, pornoqrafik xarakterli video material və şəkillərlə müxtəlif məbləğlərdə pul müqabilində qanunsuz ticarət edərək bu yolla əldə etdiyi pul vəsaitlərini öz adına açılmış bank kartına mədaxil edib.

İstintaq orqanı tərəfindən Elcanın barəsində Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sabirabad rayonunda kəndlərdən birində ailəsi ilə birlikdə yaşayıb:

"Biz ailəlikcə kənd təsərrüfatı ilə məşğul oluruq. 2022-ci ilin noyabrından etibarən "Teleqram" sosial şəbəkəsindən istifadə etmişəm. Həmin il fevralın ortalarında kənddə tanışlarımla söhbət edərkən onların danışığından məlum oldu ki, "Teleqram"dan istifadə etməklə pul qazanmaq olur. Mən də "Teleqram"da pul qazanmağın mümkünlüyünü araşdırdım. Belə qərara gəldim ki, "Teleqram" sosial şəbəkəsində kanal alım, orada pornoqrafik xarakterli materiallar paylaşım, həmin səhifələrin reklamlarından qazanc əldə edim".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin fevralın ortalarında "Teleqram"da tanımadığı bir nəfərdən pornoqrafik xarakterli videolar paylaşılan səhifə alıb: "Həmin səhifəni 120 manata aldım. Səhifənin izləyici sayı 17000 idi. Səhifənin adını dəyişərək "Gecə klubu" qoydum.

"Teleqram"da rus kanallarından pornoqrafik videoları əldə edərək öz kanalımda paylaşdım. Bununla da izləyici sayı 34000 nəfərə çatdı. Həmin kanalın gizlilik şərtlərini qapalı etmişəm. Pornoqrafik videoları pulsuz paylaşmışam. Qazancı isə yalnız saytın reklamından olub. Öz kanalımda müxtəlif məzmunlu kanalları reklam edərək pul qazanmışam. İzləyici sayını artırmaq üçün öz kanalımda başqa kanalların reklamlarını da etmişəm. Bu yolla da az miqdarda pul qazanmışam".

Elcanın sözlərinə görə, 2023-cü ilin martın ortalarında yeni bir kanal alıb: "Kanalın adı "Tik-Tok Fahişələri" idi. Almazdan əvvəl orada müxtəlif məzmunlu videolar paylaşılırdı, 5000 nəfərə yaxın izləyicisi vardı. Mən isə həmin kanalda rus saytlarından əldə etdiyim pornoqafik xarakterli videoları paylaşdım. Kanalın izləyici sayını 13.000 nəfərə çatdırdım".

Təqsirləndirilən şəxs deyib ki, 2023-cü il aprelin əvvəllərində daha bir kanal alıb və onun da adı "Seksi Fahişələr" olub: "Həmin kanalda da eyni qaydada xarici kanallardan əldə etdiyim pornoqrafik xarakterli materialları paylaşdım. "Teleqram" sosial şəbəkəsində yaratdığım kanallarda xarici səhifələrdən əldə etdiyim pornoqrafik xarakterli videoları paylaşmaqla reklam etmişəm. Bu işlərin hamısını mobil telefonumdan icra etmişəm.

Pornoqrafik xarakterli materialları yaşadığım Sabirabad rayonunun kəndində olarkən yaymışam. Porno-videoların paylaşılmasının qanunsuz olduğunu, cinayət sayıldığını bilməmişəm. Bilsəydim bu işlə məşğul olmazdım".

Təqsirləndirilən şəxs deyib ki, "Teleqram"da "Ceka" adlı istifadəçi adı ona məxsus olub və səhifələri həmin adla idarə edib: "Lakin pornoqrafik videoların dövriyyəsindən pul qazanmamışam. Sadəcə müxtəlif məzmunlu videolar paylaşılan kanalları öz kanallarımda reklam edərək onlardan pul əldə etmişəm. Bütün bu əməliyyatlardan təxminən 400 manat həddində gəlir əldə etmişəm".

Bu cinayət işinə Sabirabad rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elcan 2 min manat miqdarında cərimə olunub. Həmçinin onun 2 il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR