Onlayn ictimai-siyasi qəzet
“Araz Saatlı”da baş məşqçi istefası gerçəkləşib.
“İrəvan”a 0:7 hesablı yenilgidən sonra baş məşqçi Şəhriyar Məmmədov istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Məmmədovun müraciəti qəbul olunub.
Artıq yeni baş məşqçinin kimliyi məlumdur. Aran təmsilçisini Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Quliyev çalışdıracaq.
A kateqoriyasına sahib 50 yaşlı mütəxəssis klub rəhbərliyinə müsbət cavab verib. O, bu gün ictimaiyyətə təqdim olunacaq və dərhal yeni işinin icrasına başlayacaq.
“Araz-Saatlı” Birinci Liqada keçirdiyi 4 oyunun hamısını məğlubiyyətlə başa vurub - 0:3, 0:8, 0:2, 0:7.
Rüfət Quliyev futbolçu karyerasında “Xəzri” (Buzovna), “Qarabağ”, “Şəfa” kimi komandaların şərəfini qoruyub, İranda “İstiqlal”la “Sənət Neft”də legioner həyatı yaşayıb. O, 1997-2002-ci illər aralığında Azərbaycan millisində 27 matçda meydana çıxıb.
O, məşqçilik karyerasında “Gənclərbirliyi” (köməkçi məşqçi), “Neftçi” (U-17, baş məşqçi), “Kəpəz” (köməkçi məşqçi), “Ağsu” (baş məşqçi), “Səbail” (U-17, baş məşqçi) komandalarında çalışıb.
Sonuncu iş yeri “Baku Sportinq” olub.//Sportinfo.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ