İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü paylaşdı - Polis hərəkətə keçdi

Sosial şəbəkədə xoşagəlməz görüntülər yayılıb.

"TikTok"da paylaşılan videoda göründüyü kimi 4 yeniyetmə oğlan bir nəfəri təkləyib. Onun şərəf və ləyaqətini alçaldırlar və bunu telefonla çəkirlər.

Onlar oğlandan üzr istəməsini tələb edirlər. Daha sonra gənclərdən biri həmin oğlana yumruq atır.

Hüquq-mühafizə orqanlarından bildirildi ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.

Qeyd edək ki, video aşağıda təqdim etdiyimiz "TikTok" səhifəsində paylaşılıb və bir müddət sonra silinib./BAKU.WS

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR