İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI

Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub.

"Report"un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Belə ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi)
hamısı Azərbaycan vətəndaşı olub:

"Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətər Dövlətində, 3-ü İran İslam Respublikasında,1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalıb", - məlumatda vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR