Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycanın iqtisadi uğurlarından bəhs edib.
Musavat.com-un məlumatına görə, iqtisadçı deputat bildirib ki, 2018-2024-cü illərdə Azərbaycanda müavinət və təqaüdlərdə 5 dəfə artım olub.
V.Bayramov qeyd edib ki, prezident İlham Əliyevin imzaladığı “əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamla yeni sosial paketə start verilib:
“Paket ümumilikdə 3 milyon vətəndaşımızı əhatə edəcək. O cümlədən, 1,1 milyon vətəndaşın pensiyalarında artım olacaq. Bundan başqa, minimum əməkhaqqı yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında artım baş verəcək. 2018-ci ilin əvvəlindən minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyə qədər artıma nail olunub”. Deputat bildirdi ki, bu dinamika gələn il də davam edəcək: “2025-ci ildə artımlar üçün əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, 2018-ci ildən sonra dövlət başçısının göstərişi ilə reallaşdırılan sosial paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”.
E.Paşasoy,
Musavat.com
01 Yanvar 2025
31 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ