Onlayn ictimai-siyasi qəzet
Parlamentin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov 2024-cü ilin xalqımız və dövlətimiz üçün əlamətdar il olduğunu söylədi.
Bildirdi ki, il ərzində prezident və parlament seçkiləri keçirldi, dövlət səviyyəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilib.
S.Novruzov ardınca qeyd etdi ki, Azərbaycanın uğurlarına xələl gətirmək istəyənlər, xaricdə oturub, erməni çörəyini yeyənlərin niyyətləri yenə də baş tutmadı.
Komitə sədri bildirdi ki, biz bunları 20 Yanvarda, Xocalı soyqırımı zamanı, Şuşada, Laçında, Kəlbəcərdə görmüşük:
“Bunları xalqın faciəsi maraqlandırmır. Bunları maraqlandıran məkrli siyasətləridir, hakimiyyət hərisliyidir”.
S.Novruzov yekunda 2025-ci ildə ölkə Prezidentinə, Birinci xanıma, Milli Məclisin Sədrinə, bütün xalqımıza xoş arzularını çatdırdı və çıxışını “Allah dövlətimizi qorusun!”, deyərək yekunlaşdırdı.
E.Paşasoy,
Musavat.com
01 Yanvar 2025
31 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ