İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlı: “İlin sonunda ağır faciə yaşasaq da, həyat davam edir”

Milli Məclisin iclasında Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında layihə müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, komitə sədri Siyavuş Norvuzov layihə haqqında məlumat verib, həmçinin üzvlərin adlarını açıqlayıb.

Üzvlər təsdiqlənəndən sonra Toponimiya Komissiyasının üzvü Sabir Rüstəmxanlı söz istəyib.

Xalq şairi Sabir Rüstəmxanlı Toponomiya komissiyasının sıralarına üzv qəbul olunduğu üçün təşəkkürünü bildirib. Deyib ki, millətin milli atributları kimi, onun yer adlarında da gərək düzən olsun. Daha sonra S.Rüstəmxanlı baş vermiş ağır hadisəyə qısa münasibət bildirib. Qeyd edib ki, ilin sonunda ağır faciə yaşasaq da, həyat davam edir. Xalq şairi Azərbaycanın son 35 ildə buna bənzər matəmləri adladığını xatırladıb.

Daha sonra Sabir Rüstəmxanlı dünya azərbaycanlılarını təbrik edib.

Bildirib ki, dünya azərbaycanlılarının bir dövlətləri var: “Onların diqqəti burdadır. Biz onları salamlayırıq”.

Sabir Rüstəmxanlı dövlət başçısını və bütün xalqımızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

31 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR