Onlayn ictimai-siyasi qəzet
Uğurla keçən 2024-cü iln son günlərində məruz qaldığımız təyyarə qəzası bütün dünyada böyük əks-səda doğurdu. Bəli, Prezident İlham Əliyevin Uca Göylərdə verdiyi dönüş qərarı ilk növbədə, Ali Baş Komandan davranışı idi, siyasi peşəkarlığı, cəsarəti və iradəsininnümayişiydi, 44 günlük müqəddəs müharibədəki əmrlərin davamı idi. Dövlət başçısının böhran idarəçiliyi, hər bir insanı qorumaq üçün hökumət orqanlarını səfərbəretməsi və çevik qərarları hərbi meydanda ordumuza göstərilən münasibətlə eyni olmaqla 2-ci Qarabağ savaşı dövründəki kimi milli birliyi təmin etdi, ictimai şoku azaltdı, dövlətimizlə qlobal həmrəyliyə səbəb oldu.
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin iclasında deyib.
Deputatın çıxışının tamamını təqdim edirik:
"Qəzadan xilas olan sərnişinlərin silahlı yaraları,istintaqın ilkin nəticələri və informasiya vasitələrinə düşən sübutlar təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindənvurulduğu, radioelektron sistemlərinsöndürüldüyü və hava gəmisinin ölüməməhkum edildiyi üçün ölkəmiz günahkar olan hər bir şəxsin cəzalandırılmasını, Moskanınüzrxahlıq etməsini, təzminat ödəməsiniistəyirdi. Əks halda hər keçən gün müttəfiqliyə zərbə, tarixi qarşıdırma və fitnəkarlıqtərəfdarlarının xeyrinə işləyirdi. Nəhayət, Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi təyyarənin vurulmasını Bakı-Moskva arasında diplomatik krizə, siyasi qəzaya çevirmək istəyənlərin qarşısını aldı.
Qlobal medianın manşetinə daşınan tezis-“necə olur, böyük dövlət rəhbərlərini saymayan, kollektiv Qərb və onların rəhbərləri ilə savaş aparan Putin prezident İlham Əliyevin siyasi iradəsi ilə hesablaşır” sualının tək bir cavabı var-Azərbaycan dövlət başçısı heç bir gizli xəyanət layihələrində iştirak etmir, mərd və etibarlıdır, regionu və ölkəmizi qlobal savaşlara qatmır, xalqımızın mənafeyinigüzəştsiz və prinsipial qoruyur.
Son 200 ildə Rusiya rəhbərləri qarşısında zəif görünən xanlar, cümhuriyyət rəhbərləri və sovet başçıları ilə müqayisədə İlham Əliyev fərqli liderlik nümunələri yaradır, kiçik ölkə komplekslərini aradan qaldırır, şəxsiyyət miqyası ilə millətimizi böyüdür. Son 2 əsrdə iki ölkə Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər bərabərhüquqlu olmayıb.
Sükanı sona qədər canı ilə qoruyan və 67 nəfərə qəsdi 29 insanın xilası ilə ifşa edən qəhrəman pilotların, “kəməri bağlayın və yaxşı olacaq”,çağırışını milli şüara çevirən Hökumə Əliyevanın göylərdəki hünərini Qarabağ səmasında canını qurban verənlərlə bir mərtəbədə tuturuq.
Lakin xalqımız bilməlidir ki, Qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə baş sağlığı verənlərin içində gizləniblər. Azərbaycanın boyundan yuxarı, ambisiyalı və açıq siyasi kurs yürütdüyünü bəhanə edib vurmaq istəyənlər, 2020-ci ildə dövlətimizi Qarabağda Rusiya, İran və beynəlmiləl ordularla toqquşdurmağa çalışanlar təyyarə faciəsinə görə ölkəmizi qarşıdurmaya çəkənlərlə eyni qüvvələrdir.
Hadisənin qlobal rezonansı bizi qəza və qəzza zolağında, daima matəmdə saxlamaq, xalqımızı qalibiyyət yolundan və sabaha inamdan döndərmək niyyətini də üzə çıxardı.
Gəlin, soyuqqanlı təhlil edək-əgər Rusiyanın hava məkanı uçuşlar üçün təhlükəlidirsə, Hökumət mütləq müvafiq qərar qəbul edəcək. Lakin Azərbaycan dövləti atdığı addımları xaos yayan sosial şəbəkələrin, xaricdən idarə olunan terror mediasının və işğal partiyasının basqısı, isterik çağırışları ilə deyil, məhz milli mənafelər əsasında verir. Qəzaya səbəb kimi sərhəddin bağlı olmasını göstərənlər, heç olmasa indi Azərbaycan dövlətinin xalqımızı hansı təhlükələrdən qorumaq üçün antisosial və antihumanist görünən, lakin məhz milli təhlükəsizliyimizi təmin etmək üçün Rusiya-Ukrayna müharibəsindən qorunan məcburi qərarını anlayırmı? Qarabağda qalib gələn dövləti istənilən beynəlxalq toqquşmaya çəkməyə çalışanların məqsədi Azərbaycanı məğlub edib hakimiyyət dəyişikliyinə zəmin hazırlamaqdır.
Qəzadan qazanc götürmək məqsədi güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir. Yerə çırpılan gəmini tikanlı məftillərin üstündə karikatura edərək yayanlar xarici agenturanın siyasi məhbəsindədilər. Sərnişinlərinin sosial statusunu-kasıb və işləmək üçün gedənlər olduğunu qabardıb dövlətin sosial siyasətini linç etməyə qalxanlar həlak olanların birinin dəfn mərasiminə qatılıb ailələrinə mənəvi-maddi yardım etməyiblər. Ölənlərin coğrafi mənsubiyyətini-Balakən və Qusardan olmalarını istismar edib milli-etnik toqquşma çıxarmaq istəyənlər unudur ki, Şəhidlər Xiyabanı milli birliyimizin müqəddəs ünvanıdır.
Bizim aviaqəza üzərindən bir-biri ilə savaş aparanlar ölkəmizi barış üçün axtarsınlar, prezidentin sülh çağırışına nəhayət, müsbət cavab versinlər. Malayziya təyyarəsi ilə bağlı yaşananları informasiya məkanında ölkəmizəqarşı səhnələşdirmək keçərli ola bilməz.
Əgər məndən soruşsaydılar, qəzaya ən böyük səbəb nədir-cinayətkarları cəzaalndırmaq şərtilə tərəddüdsüz deyərdim- radiusu hər gün genişlənən və gəlib Şimali Qafqaza çatan Rusiya-Ukrayna müharibəsi. Yoxsa, bütün ölkələrin mütləq bir təyyarəsi vurulmalıdır ki, hamı müharibəni lənətləyib onu durdurmağa çağırsın!
Heç olmasa indi-online platformalardagündəlik kütləvi ölümləri izləyənlərədən tələb edirik-qəza sizin də qapınızı döyəcək və hələ ki, gec deyil, nüvə partlayışı olmamış savaşı durdurun! Bütün regionu zəhərləyən, coğrafiyası genişlənən müharibənin dayandırılması üçün BMT-yə çağrış edirik-təyyarələri korluğa məhkum edən lənətə gəlmiş müharibədir. Rusiyanın, hətta müəyyən qədər İranın, Türkiyənin fəal şəkildə savaş tərəfinə çevrilməsi nəinki hava, bütün nəqliyyat növlərini və xalqları qəzaya məhkum edib. Hər gün dənizlərdə, tranzit və dəmir yollarında, o cümlədən, hava məkanında minlərlə dron hücumlarının, terror aktlarının şahidi oluruq.Əlbəttə, bir daha qeyd edək ki, təyarəmizin enişinə icazə verməyən qüvvələrin heç bir halda yalnız müharibə amili ilə cinayətlərinə haqq qazandırması yolverilməzdir.
Yekunda xüsusi qeyd edək ki, qalibiyyət hissimizin özünə yenicə dərin köklər yaratdığı bir şəraitdə 30 illik işğalın faciə və qan yaddaşı, travmaları hər növbəti itkilər zamanı dərhal oyanır, səfərbərlik və həmrəylik yaradır.
Xalqımız son 35 ildə çoxsaylı metro, vertolyot, avtobus və işğalın bütün növ qəzalarından keçib. Azərbaycan müharibədən qalib çıxıb. Ona görə də qəza milli və dövləti hüzn doğursa da ictimai bədbinliyə, inamsızlığa yol aça bilməz.
Biz xalqımıza aydın səma arzulayırıq!
Dövlətimiz və millətimiz qəzaya uğramasın!"
01 Yanvar 2025
31 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ