Onlayn ictimai-siyasi qəzet
Azərbaycan hökuməti Ukraynanın işğaldan azad edildikdən sonra bərpa olunan İrpen şəhərində 4 layihəni maliyyələşdirəcək.
Bu barədə həmin şəhərin meri Oleksandr Markuşin oktyabrın 2-də Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşdən sonra facebook-da yazıb.
"Azərbaycan ən yüksək səviyyədə aydın şəkildə bildirib ki, bir neçə aydır üzərində fəal şəkildə işlədiyimiz 4 yenidənqurma layihəmiz Azərbaycan Respublikasının hökuməti tərəfindən maliyyələşdiriləcək", deyə o, öz Facebook hesabında yazıb.
Bərpa üçün mədəniyyət, idman, yaşayış sahəsində obyektlər seçilib.
"Maliyyə vəsaitinin alınması mexanizmi, ölkələrimiz arasında dövlətlərarası saziş, vergilər haqqında vacib söhbət olub. Amma ən əsası, Ukrayna və İrpen Azərbaycandan olan köhnə dostlarımızın və tərəfdaşlarımızın hərtərəfli dəstəyinə malikdir", deyə Markuşin yazıb.
Qeyd edək ki, sentyabrın 30-da Laçında Azərbaycan erməni işğalından azad edilmiş bu şəhərinin İrpen şəhəri ilə qardaşlaşması haqqında saziş imzalanıb.//Turan.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ