İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti Rumıniyaya rəsmi səfərə dəvət olunub

Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Musavat.com-un xəbərinə görə, o, bu barədə oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bolqarıstanın paytaxtı Sofiyada görüşü zamanı bildirib.

Rumıniyanın Baş naziri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR