Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın yeyinti məhsulları idxalı 2024-cü ildə 2 milyard 474 milyon 815.90 min dollar təşkil edib.
Musavat.com-un Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən apardığı hesablamaya görə, bu, 2023-cü ildəkindən 315 milyon dollar çoxdur.
Ötən il ərzində idxalı artan məhsullar arasında ət idxalının dəyəri 86,7 milyon dollardan 129,6 milyon dollara, kərə yağı və süddən hazırlanmış digər yağların idxal həcmi 92,4 milyon dollardan 173,6 milyon dollara, meyvə-tərəvəz idxalı 230 milyon dollardan 282 milyon dollara, düyü idxalı 50,1 milyon dollardan 66,1 milyon dollara, bitki və heyvan mənşəli piylər və yağların idxalı 184 milyon dollardan 226,5 milyon dollara qədər artıb.
Qida məhsullarından yalnız buğdanın idxal dəyərində azalma qeydə alınıb: 2023-cü ildəki 304 milyon dollardan 2024-cü ildə 279,7 milyon dollara.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ